“Yuxudan duran kimi…” – 84 yaşlı Niyaməddinin cavanlıq SİRRİ

Xalq artisti Niyaməddin Musayev cavan və gümrah qalmasının sirrini açıqlayıb. 

Viral.az xəbər verir ki, bu haqda 84 yaşlı sənətkar qonaq olduğu “Zaurla Günaydın” danışıb.

N.Musayev gündə cəmi iki dəfə qidalandığını söyləyib:

Son Yazılar:

“Yuxudan duran kimi su içirəm, yarım saat idman edirəm. Ondan sonra səhər yeməyi yeyirəm. Bu ya düyü sıyığı ola bilər, ya da ki, qarabaşaq. Təxminən saat 12-də yeyirəm. Günorta yeməyini isə saat axşam 6-da yeyirəm. Evdə nə bişsə yeyirəm. Amma çörəksiz. Ondan sonra bitir. Hərdən bir balaca çörək yeyirəm. Çayı da ancaq qəndlə içərəm”.