Göyçayda asfaltın ortasında qaz sızmasından alov əmələ gəlib. Həmin yolda avtomobillər hərəkət edir, yaxınlıqda da evlər və tövlələr var.
Viral.az Xezerxeber.az-a istinadən bildirir ki, bu təhlükəli vəziyyət Göyçayın Qızılağac kəndində yaşanır.
Sakinlər bildirirlər ki, mövcud vəziyyət illərdir onları narahat edir. Hətta sızma nəticəsində abonentlərə verilən qazın təyziqi düşüb. Bu səbəbdən evlərin isidilməsində də xeyli çətinlik çəkirlər.
Son Yazılar:
- 2025-in trendi: hansı rəngləri daha çox görəcəyik?
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinin “104” çağrı mərkəzinə və Göyçay Qaz istismar sahəsinə müraciət etsələr də, nəticəsi olmayıb.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ yerində araşdrılıb, lazımi işlər görülüb və qaz sızması aradan qaldırılıb.
Ətraflı videomaterialda: