“Tbilisidəki mitinqlərdəki iğtişaşların iştirakçıları əvvəlcədən hazırlıq keçib”.
Viral.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.
“Sadə təhlil açıq şəkildə göstərir ki, təhrikçilər və zorakılığın icraçıları cəzasızlıq hissi ilə hərəkət ediblər. Onlar buna kimlikləri müəyyənləşdirilə bilmədiyi üçün gediblər”, – Daraxvelidze deyib.
Son Yazılar:
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Qeyd edək ki, Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası noyabrın 28-də başlayıb. Aksiyaya səbəb Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və cəmiyyətdən bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib.