Paytaxt Tbilisidə etiraz aksiyaları davam EDİR

Paytaxt Tbilisidə etiraz aksiyaları davam EDİR

Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində etiraz aksiyaları davam edir.

Viral.az xəbər verir ki, Parlamentin qarşısına toplanan nümayişçilər orada quraşdırılan şam ağacı konstruksiyasına aksiyalar zamanı yaralanan və döyülən insanların fotolarını, həmçinin Gürcüstan və Avropa İttifaqının bayraqlarını asıblar. Prospekt avtomobillərin hərəkəti üçün bağıdır.

Vətəndaşlar cinayətkarların müəyyən edilərək cəzalandırılmasını, həmçinin etiraz aksiyaları zamanı həbs olunanların azadlığa buraxılmasını tələb edirlər.

Son Yazılar:

Xatırladaq ki, Rustaveli prospektində etiraz aksiyası artıq on birinci gündür ki, davam edir.