Son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. Statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında xırda buynuzlu heyvanların sayı təxminən 7 milyondan bir az artıq olub. Bölgələrdə 3-4 aylıq quzuların kəsimə verilməsi, damazlıq genofondunun azalmasına səbəb olur.
Viral.az “İTV Xəbər”ə istinadən məlumat verir ki, alıcılar da daha çox yaşı az olan quzuların ətini almağa üstünlük verdiklərini deyirlər. Onlar seçimlərini aşağı çəkili quzuların ətinin daha dadlı olması və tez bişməsi ilə əlaqələndirirlər.
Fermerlər isə bildirirlər ki, heyvanlar kiçik yaşda kəsildikdə onların maya dəyəri iqtisadi baxımdan çox baha başa gəlir.
Son Yazılar:
- 2025-in trendi: hansı rəngləri daha çox görəcəyik?
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
Qəssablar isə deyirlər ki, bazarın tələblərinə uyğun davranmağa məcburdurlar:
“Quzularımız Beyləqan, Ağcabədi və Bərdədən gəlir. Balaca quzulara çox tələb var. Onların çəkisinə, dadına, tamına görə balaca quzular üstünlük təşkil edir”.
Ətraflı süjetdə: