Bakı Metropolitenində sərnişinlərin səmti rahatlıqla müəyyən etməsinə müsbət təsir göstərəcək yenilik edilir.
Viral.az xəbər verir ki, bütün stansiyaların giriş və çıxışlarının sıra nömrələri ilə təmin edilməsinə başlanılıb. Bununla əlaqədar metropoliten stansiyalarının platformaları, vestibül, keçid və giriş sahələrində olan naviqasiya məlumatlandırma lövhələri dəyişdirilir.
Çıxışların nömrələnməsi sayəsində sərnişinlər üçün istiqamət seçilərkən bəzi vərdişlərin möhkəmləndirilməsi daha da rahat olacaq. Bu xüsusda çıxışlarda olan obyektləri məhz nömrələrlə daha sürətli və tez təyin etmək mümkün olacaq, eləcə də səmtin müəyyən edilməsi ilə bağlı bir sıra digər çətinliklər azalacaq.
Son Yazılar:
- Son günlər metroda nə baş verir?
- Türkiyə səfirindən anım günü PAYLAŞIMI
- Azərbaycanda ata oğlunu həbs etdirdi
Planlaşdırılan müasir elektron, mobil və digər naviqasiya sistemlərinin tətbiqi zamanı da nömrələmə qaydasının imkanlarından geniş istifadə olunacaq.