Məşhur argentinalı futbolçu Lionel Messi “Real”ı dünyanın ən yaxşı komandası hesab edir.
Viral.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu öz açıqlamasında bildirib.
“Ən yaxşı komanda “Real”dır. Çünki onlar Çempionlar Liqasının qalibidirlər. “Real” ötən mövsüm Çempionlar Liqasını qazanmasa da, “Mançester Siti” kimi gücü idi.
Son Yazılar:
- B vitamininin faydaları və ÇATIŞMAZLIQLARI
- İlham Əliyev paylaşım etdi – VİDEO
- “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir
Oyun baxımından isə şəxsən mən Xosep Qvardiolanın “Mançester Siti”sini bəyənirəm. Düşünürəm ki, Qvardiolanın çalışdırdığı istənilən komanda öz oyun tərzi ilə xüsusi seçilir. Ona görə də futbolun səviyyəsinə görə ən yaxşı komanda “Mançester Siti”, nəticə baxımından isə “Real”dır”.
Xatırladaq ki, 2023/2024 mövsümündə “Real” İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.