Xəbər verdiyimiz kimi, dünya futbolunun ulduzu Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya gəliblər.
Viral.az xəbər verir ki, Messi və komanda yoldaşları bu gün Bakı Kristal Zalında keçiriləcək tədbirdə iştirak edəcək, pərəstişkarları ilə görüşəcək.
Saat 13:00-da başlayacaq tədbir üçün biletlərin qiyməti 10 – 50 manat arasındadır.
Son Yazılar:
- Leyla Əliyeva Bakıda sərgi açılışında
- Roluna görə təzyiqlərə məruz qaldı
- ABŞ Ermənistan daxil olmaqla bir çox olkələrə yardımı faydasız hesab edərək DAYANDIRDI
Tədbirdə Messinin futbol həyatını və mübarizəsini əks etdirən film nümayiş olunacaq, dünyaşöhrətli Villi Uilyam (Willy William) və məşhur “Morandi” qrupu çıxış edəcək.
Qeyd edək ki, bilet satışından əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə ediləcək.