Oksford Universitetinin alimləri xərçəngin kök hüceyrələrinin müalicəyə müqavimət göstərməsinə imkan verən mexanizm kəşf ediblər.
Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, tədqiqat Nature Communications jurnalında dərc olunub.
Tədqiqatçılar “pankreas” xərçənginin kök hüceyrələrinin xüsusiyyətlərini təyin edən hüceyrə-avtonom (hüceyrədaxili siqnallar) və qeyri-hüceyrə avtonom (xarici siqnallar) yollarının kompleks qarşılıqlı əlaqəsini tədqiq ediblər.
Son Yazılar:
- Konor Makqreqor zorakılıqda günahkar BİLİNDİ
- Bu ölkədə 9 ildə ən böyük qızılca alovlanması qeydə ALINDI
- “İğtişaş olsa, interneti kəsəcəyik” – Lukaşenko
Məlum olub ki, xərçəng kök hüceyrələrini əhatə edən hüceyrədənkənar boşluqda siqnal molekullarının istehsalını idarə edən və kimyaterapiya dərmanlarına qarşı müqavimətin inkişafına töhfə verən retinoblastoma zülalları (pRb) və E2F transkripsiya faktorları da daxil olmaqla mürəkkəb molekulyar ox var. Əvvəllər belə hesab edilirdi ki, tanınmış hüceyrə tənzimləyiciləri olan pRb və E2F yalnız hüceyrə avtonom təsirinə malikdir.
(redaktor.az)