Hazırda ölkəmizdə biomedikal mühəndislik, kompyuter dizayneri, nanotexnologiya, informasiya təhlükəsizliyi, ekologiya kimi ixtisaslara maraq həddindən artıq çoxdur.
Viral.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, müəyyən ixtisaslara marağın azalma səbəbi isə yaxın gələcəkdə onları süni intellektin əvəzləyə bilməsi olmasıdır və bu da onların prespektivini azaldır.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
O, deyir ki, hətta keçiriləcək COP29 tədbiri abituriyentlərdə ekologiya sahəsindəki ixtisaslara xüsusi maraq yaradıb.
Ekspert yaxın gələcəkdə mühasibatlıq, tərcüməçilik kimi ixtisaslara ehtiyac olmayacağı üçün bu ixtisaslara abituriyentlər tərəfindən marağın olmadığını da qeyd edib.