Martın 17-dən bəri Meksikada rekord istilər səbəbindən azı 90 nəfər ölüb.
Viral.az xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyinin dərc etdiyi ekstremal temperaturlara nəzarət üzrə həftəlik hesabatda deyilir.
“Cari isti mövsümdə martın 17-dən oktyabrın 5-dək yüksək temperaturla bağlı 90 ölüm faktı qeydə alınıb”, – deyə nazirlikdən bildirilib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Meksikalılar üçün yüksək temperaturun nəticələrinə istilik vurması, susuzlaşdırma və yanıqlar daxildir. Ən çox insan – 25 nəfər Körfəz sahilindəki Verakruz ştatında və qonşu Tabasko ştatında (15 nəfər) ölüb.
Səhiyyə Nazirliyi də yaxın günlərdə ölkədə həddindən artıq yüksək temperatur dalğasının davam edəcəyini proqnozlaşdırır. Aşağı Kaliforniya və Sonora ştatlarında termometr 45 dərəcəni keçəcək.
(redaktor.az)