Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B.Heydərov ov silahından açılan atəş nəticəsində aldığı xəsarətlə müalicə aldığı xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Viral.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.