Qubada partlayışda xəsarət alan şəxsin kimliyi bilindi

Quba rayonunun Alekseyevka kəndində fərdi yaşayış evində yanğınla nəticələnən partlayış nəticəsində ev sahibəsi 1962-ci il təvəllüdlü Qərənfil Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Viral.az xəbər verir ki, TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, Q.Babayeva Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edilib ki, ona üzün, hər iki əlin və sağ diz oynağinin I-II dərəcəli termiki yanığı (10%) diaqnozu təyin olunub və xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə zəruri tibbi yardımlar göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Son Yazılar:

Partlayışa ilkin səbəb kimi qaz sızmasının olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.