Suriyada dekabrın 8-də “Baas”ın süqutu ilə rejim həbsxanalarında saxlanılan minlərlə insan azadlığa buraxılıb.
Viral.az “TRT Haber”ə istinadən xəbər verir ki, paytaxt Dəməşqdəki Mezze Hərbi Həbsxanasındakı qeyri-insani şəraitdə olan bölmələr görüntülənib.
Görüntülərdə devrilmiş Əsəd rejiminin hərbi kəşfiyyat bölməsinin idarə etdiyi həbsxanada məhkumların divarlara şeirlər yazması, şəkil və təqvimlər çəkməkləri diqqət çəkib.
Son Yazılar:
- İsrail bu ölkədəki səfirliyini BAĞLAYIR
- Suriyadakı Fələstin qruplaşmalarından silahsızlaşma tələb EDİLDİ
- Tbilisidə yenidən müxalifətin etiraz aksiyası KEÇİRİLİR
Qeyri-insani şəraitin olduğu görünən həbsxanada aralarında qadınların da olduğu təxminən 700 nəfərin saxlandığı bildirilir.
Həbsxanada bir nəfərlik kameralarda 6 və ya 8 məhbusun, təxminən 10 nəfərlik kameralarda isə 80 nəfərin saxlandığı məlum olub.