Beyləqanda saxlanılan şəxsdən külli miqdarda narkotik AŞKARLANDI

Beyləqanda saxlanılan şəxsdən 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Viral.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Vüsal Əzimov saxlanılıb. Onun əlində olan bağlamadan 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

Son Yazılar:

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.