Yevlax- Zaqatala- Gürcüstan magistral yolunun Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Viral.az xəbər verir ki, buna səbəb irigövdəli ağacların magistral yola aşmasıdır.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Belə ki, axşam saatlarında əsən güclü külək səbəbindən irigövdəli ağaclar magistral yola aşıb.
Nəticədə Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsi nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.
Hazırda yolun açılması istiqamətində işlər aparılır.