Qubada yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı

Quba rayonu Üçkün kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Quba Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.

Viral.az xəbər verir ki, bu barədə “Report”a Quba Rayon Mərkəzi Xəstəxanasının ictimayyətlə əlaqələr üzrə məsul şəxsi Aynur Seidova məlumat verib.

Onun sözlərinə görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan üç nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Son Yazılar:

“1985-ci il təvəllüdlü şəxsə bədənin bir neçə nahiyələrinin yumşaq toxumalarının küt travması, 1978-ci il təvəllüdlü şəxsə boyunun və döş qəfəsinin yumşaq toxumalarının küt travması, 1977-ci il təvəllüdlü şəxsə isə göz qapağının və qaşın kəsilmiş açıq yarası diaqnozu təyin olunub. Hazırda Təcili Tibbi Yardım bölməsində müalicələri davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir”.

Qeyd edək ki, yol qəzasında bir nəfərin isə hadisə yerində ölüm faktı qeydə alınıb.