Rusiya Dəməşqdəki xarici nümayəndəliklərin bəzi əməkdaşlarını təxliyə ETDİ

Rusiyanın xarici nümayəndəliklərinin əməkdaşlarının bir hissəsi Dəməşqdən təxliyə edilib, Rusiya səfirliyinin işi davam edir.

Viral.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Vəziyyət və Böhran Mərkəzinin Departamenti məlumat yayıb.

“Dekabrın 15-də Xmeymim aviabazasından Rusiya Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələrinin xüsusi uçuşu Rusiyanın Dəməşqdəki xarici nümayəndəliklərinin şəxsi heyətinin bir hissəsini Çkalovski hava limanına çatdırıb”, – məlumatda deyilir.

Son Yazılar: