Bakıda qanunsuz yaşayan 92 əcnəbi saxlanılıb.
Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, bu ilin noyabr ayı ərzində Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının Bakı şəhərində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycanda olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 92 əcnəbi vətəndaş saxlanılıb.
Son Yazılar:
- Dəm qazından ölən Yusifin FOTOSU
- Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
- Prezidentdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı FƏRMAN
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.
Qeyd edək ki, 2024-cü ilin 11 ayı ərzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 531 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.