Misli Premyer Liqasında ən çox meydanda olan futbolçular

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) 66 liqa üzrə 2024-cü ildə meydanda ən çox olan futbolçuların siyahısını hazırlayıb.

Viral.az xəbər verir ki, siyahıda Misli Premyer Liqasının statistik göstəriciləri də yer alıb.

Məlumata görə, bu il ölkə çempionatında ən çox oyun şansı alan futbolçu “Zirə”dən Ruan Renatodur. O, ümumilikdə 4222 dəqiqə meydanda olub.

Son Yazılar:

2024-cü ildə Misli Premyer Liqasında ən çox oyun şansı qazanan futbolçular:

1. Ruan Renato (“Zirə”) – 4222 dəqiqə

2. Amin Seydiyev (“Sabah” – 3799 dəqiqə

3. Toral Bayramov (“Qarabağ”) – 3728 dəqiqə

4. Elvin Cəfərquliyev (“Qarabağ”) – 3684 dəqiqə

5. Qismət Alıyev (“Zirə”) – 3654 dəqiqə

6. Bəhlul Mustafazadə (“Qarabağ”) – 3579 dəqiqə

7. Ange Mutsinzi (“Zirə”) – 3435 dəqiqə

8. Cessi Sekidika (“Sabah”) – 3414 dəqiqə

9. Juninyo (“Qarabağ”) – 3371 dəqiqə

10. Bədavi Hüseynov (“Qarabağ”) – 3371 dəqiqə