“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bərpa etməyə hazırlaşdığı Bakı-Balakən-Bakı istiqamətində vaqonlar yataq tipli olacaq və onlar restavrasiya edilib.
Viral.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu reys dəmir yolları ilə daşınan sərnişinlərin sayını bir qədər də artırmağa imkan verəcək.