-->

Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi

photo 264147

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Asiman Hüseynov vəzifəsindən azad edilib.

Viral.az  “Qaynarinfo”ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə Asiman Hüseynov sözügedən vəzifəsindən azad olunaraq, başqa bir idarəyə təyinat alıb. 

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsinə Bəxtiyar Tağıyev gətirilib.

Son Yazılar:

cdcf0d3b11c9c3da727af5e64f93357282e4f0ff 36d6 4c05 8baf 96d8c91bf73c jpg

Bəxtiyar Tağıyev 

Qeyd edək ki, Bəxtiyar Tağıyev bundan əvvəl Bakı şəhər Regional Tikinti Müfəttişliyinin rəisi olub. 

Xatırladaq ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.