Macarıstan səfiri Polşa XİN-ə ÇAĞIRILDI

Polşa Xarici İşlər Nazirliyi (XİN) Macarıstandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Viral.az xəbər verir ki, bu barədə Polşa XİN-in saytında məlumat verilib.

Eyni zamanda Macarıstanın Varşavadakı səfiri notanın təqdim edilməsi üçün nazirliyə çağırılıb.

Son Yazılar:

“Biz Baş nazir Viktor Orban hökumətinin Avropa həbs orderinə əsasən axtarışda olan Marçin Romanovskiyə (ədliyyə nazirinin keçmiş müavini) siyasi sığınacaq vermək qərarını Polşa Respublikasına qarşı qeyri-dostluq aktı hesab edirik”, – bəyanatda deyilir.

Polşa XİN bildirib ki, bu qərarın siyasi təqiblə əsaslandırılması Polşa vətəndaşları və hakimiyyətinə qarşı təhqirdir.

Qeyd olunub ki, əgər Macarıstan öhdəliklərini yerinə yetirməsə, Polşa Avropa İttifaqı haqqında Müqavilənin 259-cu maddəsinə uyğun olaraq Macarıstana qarşı iş başlanması üçün Avropa Komissiyasına müraciət edəcək.

Hazırda müxalif “Hüquq və Ədalət” partiyasından olan deputatı Romanovski Ədalət Fondunun vəsaitlərinin qanunsuz xərclənməsi ilə bağlı cinayət işində əsas şübhəli şəxslərdən biridir.