Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Viral.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Son Yazılar:
- Faiq Sücəddinov Təbrizin “Traktor” komandası üçün marş bəstələdi
- Sülh sazişi ilə Minsk qrupunun ləğvinə dair sənədi eyni vaxtda imzalamağı təklif edirik
- Tanınmış hüquqşünas faciəvi şəkildə həlak OLDU
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə dost Azərbaycan sosial-iqtisadi inkişaf yolu ilə inamla addımlayır, dünya arenasında öz mövqeyini möhkəmləndirir. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulmasına və möhkəmləndirilməsinə şəxsi töhfənizi olduqca yüksək qiymətləndirirəm.
Mehriban yoldaşlıq əlaqələrimizi çox dəyərləndirirəm. Əlbəttə, ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı birgə sıx işimizin davam etdirilməsinə şad olaram.
Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.