ABŞ Suriyanın Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin sabiq rəisini beynəlxalq axtarış verib.
Viral.az xəbər verir ki, bu barədə “İnterpol”un saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Bəşər Əsədin müşaviri vəzifəsində çalışmış 1952-ci il təvəllüdlü Jamil Hassan müharibə cinayətlərində ittiham olunub.
Son Yazılar:
- Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak etdi
- Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi KEÇİRİLDİ
- Kriminal avtoritet GÜLLƏLƏNDİ
ABŞ məhkəmələri tərəfindən Jamil Hassan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Tutularaq ABŞ-a təhvil verilməsi ilə bağlı “İnterpol”a müraciət olunub.
Qeyd edək ki, 2024-cü il dekabrın 9-da Suriyada Əsəd rejiminin devrilməsindən sonra ABŞ Ədliyyə Departamenti Jamil Hassanı “Amerikalılara və digər mülki şəxslərə qarşı müharibə cinayətləri törətməkdə” ittiham edib.