Paytaxtın bəzi ərazilərində qazın verilişində fasilə olacaq.
Bu barədə Viral.az-a “Azəriqaz” İB-dən bildirilib.
Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ərazisində “Qaz İxrac” İdarəsinə məxsus magistral qaz kəmərləri üzərində aparılacaq təmir-quraşdırma işləri və Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 24.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Son Yazılar:
- Roluna görə təzyiqlərə məruz qaldı
- ABŞ Ermənistan daxil olmaqla bir çox olkələrə yardımı faydasız hesab edərək DAYANDIRDI
- Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri AÇIQLANDI
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Gürcüstanlılar məhəlləsinin, Binə və Qala qəsəbələrinin, Binə qəsəbəsi Südçülük sovxozu ərazisinin, Nəsimi rayonu üzrə isə Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.