31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Latviyadakı səfirliyi və Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin birgə təşkilatçılığı ilə Riqa Latviya Cəmiyyəti Evində konsert tədbiri keçirilib.
Viral.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Səfir cari ildə Azərbaycan və Latviya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu və iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirərək, bu ilin may ayında Latviya Seyminin sədri Dayqa Mierinanın rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfər etdiyini qeyd edib. O, ikitərəfli əlaqələrin inkişafında Latviyadakı Azərbaycan diasporasının töhfəsini vurğulayıb.
Son Yazılar:
- Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür
- Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yardım etməyə hazır olduğunu bəyan ETDİ
- Mehriban Əliyeva İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım ETDİ
Tədbirdə çıxış edən “Azəri” cəmiyyətinin sədri Ulduzxan Əhmədov tədbirin əhəmiyyətini vurğulayaraq, Latviyada yaşayan həmvətənlərimizin Azərbaycanın daha da güclənməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini söyləyib.
Daha sonra tədbir iştirakçılarına tanınmış incəsənət ustaları Təyyar Bayramov (xanəndə), Səbinə Ərəbli (xanəndə), Rüstəm Müslümov (tar), Toğrul Əsədullayev (kamança) və Amil Mustafayevin (nağara) ifaları ilə təqdim edilən konsert proqramı böyük coşqu ilə qarşılanıb.