Yəhya Sinvarın artıq həyatda olmaması və HAMAS-a qarşı hücumları səbəbindən atəşkəs razılaşmasında irəliləyiş var.
Viral.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdəki çıxışında deyib.
Baş nazir qeyd edib ki, Qəzzada saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub: “Biz bütün səviyyələrdə israilli girovların qaytarılması üçün mühüm addımlar atırıq”.
Son Yazılar:
- Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür
- Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yardım etməyə hazır olduğunu bəyan ETDİ
- Mehriban Əliyeva İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım ETDİ
Netanyahu bildirib ki, son günlərdə razılığa gəlmək üçün danışıqlar yenilənir: “Etdiyimiz hər şeyi açıqlamaq olmaz. Onların geri qaytarılması üçün tədbirlər görürük. Ehtiyatla demək istəyirəm ki, müəyyən irəliləyiş var və biz onların hamısını evə qaytarana qədər səylərimizi dayandırmayacağıq”.