Rusiya ali məktəblərində təhsil almaq istəyən əcnəbi tələbələr gələn ildən rus dilindən imtahan verməli olacaqlar.
Viral.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirin müavini Dmitri Çernışenko bildirib.
Onun sözlərinə görə, bunubla bağlı müvafiq əmri təhsil və elm naziri Valeri Falkov imzalayıb.
Son Yazılar:
- Vuçiç və Zelenski arasında telefon danışığı baş TUTDU
- Sərnişinlər təyyarə qəzasında necə sağ qalıb? – Ekspert DANIŞDI
- Muslera mövsümsonu “Qalatasaray”dan AYRILACAQ
“Təhsil nazirinin artıq imzaladığı əmrinə əsasən, gələn il aprelin 1-dən Rusiya ali məktəblərinə daxil olan bütün əcnəbilər üçün icbari rus dili imtahanı keçiriləcək”, – deyə RF hökumət sədrinin müavini vurğulayıb.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin 2030-cu ilə qədər ən azı 500 min əcnəbi vətəndaşın ölkə universitetlərində təhsil alması barədə göstəriş verdiyi üçün bu iş sistemli şəkildə aparılır.
Rusiya Təhsil və Elm Nazirliyinin məlumatına görə, hazırda ölkənin ali məktəblərində 380 min əcnəbi tələbə təhsil alır (APA).