“Kartdan karta” işləyən 645 sahibkara maliyyə sanksiyası tətbiq EDİLDİ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində kartdan-karta köçürülməsinə görə 645 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Bu barədə Viral.az-a DVX-yə istinadən xəbər verir.

Məlumata görə, DVX pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Son Yazılar:

İndiyədək keçirilmiş tədbirlər nəticəsində ümumilikdə 645 pərakəndə ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.