Belçikanın paytaxtı Brüsseldə evsiz insanların sayısının 10 minə çatdığı, lakin mövcud sığınacaqların kifayət etmədiyi və sərt qış şəraitində əlavə tədbirlərin görülməsinin vacib olduğu bildirilib.
Viral.az xəbər verir ki, evsizlər mövzusunda fəaliyyət göstərən “Bruss’help” adlı şəbəkə təşkilatının açıqlamasına görə, Brüsseldə küçələrdə yaşayan evsizlərin sayı təxminən 10 mindir.
Bununla yanaşı, şəhərdə cəmi 3 min 250 nəfərlik təcili yardım sığınacağı mövcuddur.
Son Yazılar:
- ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 19-da keçiriləcək
- Azərbaycanın daha üç yunan-Roma güləşçisi finala vəsiqə QAZANDI
- İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa ÇATDI
“Bruss’help” çətiri altında fəaliyyət göstərən qurumlar, sığınacaq yerlərinin artırılmasını tələb edir.
Qış mövsümü ilə bağlı bəzi tədbirlərin tətbiqinə artıq başlanılıb.