“Honda”, “Nissan” və “Mitsubishi” rəsmən vahid holdinqdə birləşərək “Volkswagen” və “Toyota”dan sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısını yaradırlar.
Viral.az xəbər verir ki, “Honda” və “Nissan” tərəfindən birgə bəyanatla elan edilən birləşmənin 2026-cı ilin avqust ayına qədər başa çatdırılması gözlənilir.
Alyansın məqsədi qlobal rəqabəti həll etmək və sıfır emissiyalı və avtonom avtomobillərin inkişafını sürətləndirməkdir. “Mitsubishi”də 24,05% paya sahib olan “Nissan” daha əvvəl şirkəti ortaqlığa inteqrasiya etmək planlarını açıqlayıb.
Son Yazılar:
- Təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ QALIB
- Təyyarə qəzasındakı zərərçəkmişlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam etdirilir
- Tiktoker qardaşlar da həbs olundu
Birləşmə üç brendə ümumi avtomobil platformalarını paylaşmağa, istehsalı optimallaşdırmağa və istehsal xərclərini azaltmağa imkan verəcək. Onlar həmçinin “yeni texnologiyalar üzərində əməkdaşlıq edəcək və müxtəlif kateqoriyalardakı modelləri daha sürətli bazara çıxaracaqlar.
“Honda” və “Nissan” müstəqil brendlər olaraq qalacaqlar, lakin “Mitsubishi”nin rolu “müəyyən” olaraq qalacaq.
Sevinc