Zoğal faydalı maddələrlə o qədər zəngindir ki, ondan gündə cəmi 3 ədəd yemək belə ümumi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir.
Viral.az medicina-ya istinadən xəbər verir ki, zoğal hər gün isthlak edildikdə bir sıra problemləri aradan qaldırır.
Sözün əsl mənasında, bir çox dərdin dərmanı olan zoğalı səhərlər və ya gün ərzində qəlyanaltı zamanı yemək olar.
Son Yazılar:
- Dələduzluğa görə axtarışda olan 15 nəfər SAXLANILDI
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
- Ata öldü, qızı və nəvələri YARALANDI
Təzə yeyildikdə çox təsirli olsa da, bu meyvədən hər mövsümdə yararlanmaq olar. Çünki zoğal qurusu və ya evdə hazırlanmış zoğal kompotu da olduqca effektlidir.
Zoğalın tərkibində C, E və K vitaminləri, həmçinin manqan mineralları və antioksidantlar var.
Tərkibindəki vitaminlər sayəsində bir çox sağlamlıq probleminin aradan qaldırılmasında aktiv rol pynayır.
– Xüsusilə tərkibindəki C vitamini sayəsində immunitet sistemini gücləndirməklə xəstəliklərdən qorumağa kömək edir.
– Ehtiva etdiyi antioksidantlar isə toksinləri çıxarmaqda təsirlidir. Həmçinin dərini gözəlləşdirir.
– Sümükləri gücləndirməkdə də təsirli olan zoğal, müntəzəm olaraq istehlak edildikdə osteoporozun qarşısının alınmasında uğurlu nəticələr əldə etməyə kömək edir.
– Tərkibindəki fol turşusu, flavonoidlər və kalium sayəsində ürək sağlamlığını dəstəkləyir.
– Xolesterolu və qan təzyiqini tənzimləyir, beləliklə ürək sağlamlığını qoruyur.
– Bu meyvə, həmçinin qan damarlarının tıxanmasının qarşısını alaraq infarkt riskinin qarşısını alır.
– Zoğal böyrək daşları zamanı tövsiyə edilən meyvələr arasındadır. Zoğal şirəsinin istehlakı sidiyi daha asidik hala gətirərək daşların qarşısını almağa kömək edə bilər.
– Bundan əlavə, hər gün müntəzəm zoğal yemək beyin sağlamlığınızı qoruyacaq və yaddaşınızı gücləndirməkdə də təsirli olacaq.