Leysan yağıb, şimşək çaxıb, dolu düşüb

İyunun 8-i saat 22:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Naxçıvan, Culfa, Göygöl, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Viral.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Son Yazılar:

 

Bildirilib ki, Daşkəsən rayonunun Aşağı Daşkəsən və Zəylik kəndlərinə dolu düşüb.

 

Şimal-qərb küləyinin maksimal sürəti Göyçayda 30-34 m/s, İsmayıllıda 24 m/s, Yevlaxda 21 m/s, Bərdə, Ağdamda 20 m/s, Tərtərdə 18 m/s təşkil edir.