-->

Rosaviasiya AZAL-ın təyyarəsinin quş sürüsü ilə toqquşduğunu AÇIQLADI

photo 264896

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Rosaviasiya rəsmi məlumat yayıb.

Viral.az xəbər verir ki, məlumatda bildirilir:

“Bu gün Moskva vaxtı ilə saat 09:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində Qazaxıstanın Aktau hava limanına eniş edərkən Azərbaycanın AZAL aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsi yerə çırpılıb. Təyyarə Bakıdan Qroznıya reys həyata keçirib.

Son Yazılar:

İlkin versiya ondan ibarətdir ki, quş sürüsü ilə toqquşmadan sonra, təyyarənin göyərtəsində fövqəladə vəziyyətə görə, nəqliyyat gəmisinin kapitanı alternativ aerodroma “getmək” qərarına gəlib. Alternativ aerodrom Aktau seçilib.

Axtarış-xilasetmə işlərini Qazaxıstan Respublikasının əməliyyat xidmətləri həyata keçirir.

Rosaviasiya AZAL, Azərbaycan və Qazaxıstanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır” (APA).