“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Viral.az xəbər verir ki, modern.az qəzaya uğrayan təyyarəni araşdırıb.
Son Yazılar:
- AZAL-ın təyyarəsi niyə qəzaya uğradı? – Nazirdən AÇIQLAMA
- Nazir qara qutunun tapıldığını bildirdi
- Kəmaləddin Heydərov yaralıların son vəziyyətini AÇIQLADI
“Embraer E-190” “E-Jet” ailəsinin qısa və orta məsafəli marşrutlar üçün nəzərdə tutulan iki mühərrikli, orta məsafəli dar gövdəli sərnişin təyyarəsidir. 1997-ci ildən Braziliyanın “Embraer” şirkəti tərəfindən hazırlanır. Təyyarənin uzunluğu 36,2 m, hündürlüyü 10,6 m, maksimum uçuş çəkisi 45 tondur, kruiz sürəti 850 km/saat, sərnişin tutumu 110 nəfərdir. İndiyədək 550-dən çox “Embraer E-190” təyyarəsi istehsal edilib.
“Embraer E-190″ın ən böyük alıcıları Amerikanın “SkyWest Airlines”, “Republic Airways” və “Envoy Air” şirkətləridir.
Qazaxıstanda qəzaya uğrayan təyyarə maksimum çəkisi 1,5 ton, uçuş məsafəsi isə 93 km artırılmış “Embraer E-190AR” (Advanced Range) modifikasiyasına məxsus olub. Təyyarə San-Pauludakı zavodda istehsal edilib, ilk uçuşunu 24 iyul 2013-cü ildə edib və 11 ildən artıq istismarda olub. 2013-cü ildən AZAL-a məxsus olub, 2017-2023-cü illərdə “Buta Airways” tərəfindən istifadə edilib. Təyyarə “Qusar” adı ilə tanınıb.
Təyyarə Bakıdan Rusiyanın cənubuna, Yaxın Şərqə və Mərkəzi Asiyaya marşrutlar üzrə uçuşlar həyata keçirib. 2023-cü ildə 225, 2024-cü ildə 105 uçuş həyata keçirib.