Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Matəm günü ilə əlaqədar ictimaiyyət arasında sabah dərs olub-olmayacağı ilə bağlı fikir ayrılığı yaranıb.
Viral.az manset.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlanılıb.
Son Yazılar:
- Faiq Sücəddinov Təbrizin “Traktor” komandası üçün marş bəstələdi
- Sülh sazişi ilə Minsk qrupunun ləğvinə dair sənədi eyni vaxtda imzalamağı təklif edirik
- Tanınmış hüquqşünas faciəvi şəkildə həlak OLDU
Sorğuya cavab olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, sabah bütün tədris müəssisələrində dərs olacaq.