Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
Viral.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:
“Qazaxıstan Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri bizi dərindən sarsıtdı.
Son Yazılar:
- ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 19-da keçiriləcək
- Azərbaycanın daha üç yunan-Roma güləşçisi finala vəsiqə QAZANDI
- İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa ÇATDI
Həlak olanlara Allah-Təaladan rəhmət diləyir, mərhumların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara səbr diləyir, yaralananların tezliklə şəfa tapmasını arzulayıram.
Uca Allah xalqımızı hifz etsin, bütün bəlalardan qorusun!”
Həmçinin QMİ sədrinin göstərişi ilə ölkəmizdə fəaliyyət göstərən məscidlərdə təyyarə qəzasında həlak olanların xatirəsi yad olunacaq, onların ruhlarına dualar oxunacaq.