Cari ildə keçirilən sertifikatlaşdırma prosesi ilə bağlı elm və təhsil nazirinin müvafiq əmri ilə yaradılan komissiyalara daxil olan müraciətlərlərin nəticələri ilə bağlı ictimaiyyət bir neçə ay bundan əvvəl məlumatlandırılıb.
Ümumilikdə, sosial baxımdan həssas əhali qrupuna aid yüzlərlə vətəndaşın alternativ işlərə cəlb edilməsi istiqamətində qərarlar qəbul edilib, onlarla şəhid ailəsi üzvünün müvafiq işlə təmin olunması ilə bağlı tədbirlər görülüb.
Təkrar sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan bəzi müəllimlər konstitusion hüquqlarından istifadə edərək məhkəmələrə müraciət ediblər.
Son Yazılar:
- AZAL-ın təyyarəsi niyə qəzaya uğradı? – Nazirdən AÇIQLAMA
- Nazir qara qutunun tapıldığını bildirdi
- Kəmaləddin Heydərov yaralıların son vəziyyətini AÇIQLADI
Viral.az modern.az-a istinadən xəbər verir ki, artıq həmin müəllimlərdən bəzilərinin müraciətlərinə cavab verilib.
Belə ki, sertifikasiya prosesində uğur qazana bilmədiyi üçün əmək müqavilələrinə xitam verilmiş Şəki rayonu İnçə-Zunud kənd tam orta ümümtəhsil məktəbinin, Şəki rayonu Baş Göynük 2 nömrəli tam orta ümumtəhsil məktəbinin keçmiş ibtidai sinif müəllimləri Ziyəddinova Mahirə Şəfayət qızının və Əliyeva Limun Musa qızının təkrar sertifikatlaşdırmanının nəticələrinin ləğv edilməsi və işə bərpa barədə iddia tələbləri Şəki Rayon Məhkəməsinin qətnamələri ilə rədd edilib.
Faktı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən saytımıza təsdiqləyiblər.