Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 38-i həlak olub, 29-u isə sağ qalıb.
Viral.az xəbər verir ki, sağ qalanlar arasında stüardessa Aydan Rəhimli də var.
Onun xəstəxanadan görüntüləri FHN-in hazırladığı videoda yer alıb.
Son Yazılar:
- Azərbaycan klubunun 8 futbolçusu SAXLANILDI
- Rüşvətlə plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi AÇILDI
- İlham Əliyev bu dövlət qurumunu ləğv etdi
Yeri gəlmişkən, digər stüardessa Hökümə Əliyeva həyatını itirib, stüard Əsədov Zülfüqar isə sağ qalıb.
Xatırladaq ki, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb.
Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.