Birinci Liqada çıxış edən “Mingəçevir” klubunun 8 futbolçusu saxlanılıb.
Viral.az xəbər verir ki, həmin futbolçular oyun alqı-satqısında ittiham olunur.
AFFA məsələ ilə bağlı açıqlama yayıb: “AFFA bu məsələlərdə daim sərt mövqe tutub və bundan sonra da oyunların manipulyasiya edilməsinə qarşı ciddi mübarizə aparacaq. Bəli, dediyiniz məsələdən xəbərdarıq. Sadəcə hazırda araşdırma getdiyindən məsələ ilə bağlı geniş açıqlama verə bilməyəcəyik. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.”
Son Yazılar:
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
- Robert Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarını təbliğ etməsi ifşa edildi
Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq Publika.az saytı yayıb.