Azərbaycanda milli matəm günü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində və Türkiyə şəhidliyində bayraqlar yarıya endirilib.
Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial mediada paylaşım edib.
“AZaL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzasına görə elan edilən milli matəm günü ilə bağlı olaraq Səfirliyimizdə və Azərbaycandakı şəhidliklərimizddəki yarıya endirilib. Faciəli qəzada həyatını itirən qardaşlarımızı bir daha rəhmətlə yad edirik, ailələrinə başsağlığı veririk. Dost Azərbaycan xalqının dərin kədərini paylaşırıq”,-deyə paylaşımda qeyd edilib.