Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Vüqar Zeynalzadə (Vaqa) və Nuh Məmmədov da həbs edilib.
Viral.az Qafqazinfo-ya istinadla xəbər verir ki, əvvəllər inzibati qaydada həbs edilmiş tiktokerlər bu dəfə cinayət məsuliyyətində cəlb ediliblər.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Vaqa” və Nuh barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Son Yazılar:
- Futbolçu satışından ən çox pul qazanan klublar AÇIQLANDI
- Yaponiya sahilində güclü zəlzələ OLDU
- Yeni il süfrəsində yeyib-içərkən… – Xəbərdarlıq
Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır. Ötən gün aparıcı Azər Zahid barəsində də cinayət ittihamı ilə həbs qərarı verilib.