Dəmiryolu nəqliyyatı ilə yükdaşımaların həcmi açıqlandı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəmiryolu nəqliyyatı ilə 3 milyard 10 milyon 019 min ABŞ dolları dəyərində 6 milyon 957 min 518,97 ton yük daşınıb.

Viral.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,1 % və 4 % azdır.

11 ay ərzində dəmiryolu nəqliyyatı ilə 796 milyon 348 min ABŞ dolları dəyərində 2 milyon 581 min 306,78 ton yük ixrac olunub, 2 milyard 213 milyon 671 min ABŞ dolları dəyərində 4 milyon 376 min 212,19 ton yük idxal edilib.

Son Yazılar:

Hesabat dövründə ixrac olunan yükün dəyəri 26,1 %, həcmi isə 13,5 % azalıb. İl ərzində idxal olunan yükün dəyəri 2,5 % azalıb, həcmi 2,6 % artıb.