Baş Prokurorluğun bir qrup əməkdaşı Qroznı şəhərinə ezam olunaraq Rusiya Federasiyasının Baş Prokurorluğu ilə razılaşmaya əsasən, həmin qurumdan olan həmkarları ilə birgə istintaq və digər prosessual hərəkətlər aparır.
Viral.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı başlanmış cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunması istiqamətində təxirəsalınmaz və zəruri tədbirlər davam etdirilir.
Son Yazılar:
- Daha 2 tiktoker həbs olundu
- “Sübutlar Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulduğunu göstərir” – Ağ Ev
- İran kütləvi hərbi təlimlər keçirəcək
Bu məqsədlə prokurorluğun bir qrup əməkdaşı Qroznı şəhərinə ezam edilib.
Xatırladaq ki, dekabrın 25-də Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Aktauya ezam olunmuş prokurorluq əməkdaşlarından ibarət daha bir qrup hazırda qəzanın baş verdiyi yerdə Qazaxıstandan olan həmkarları ilə birgə zəruri tədbirlərin icrasını davam etdirir.