Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində bir sıra şəxsləri təltif edib.
Bu barədə Viral.az-a xidmətdən məlumat verilib.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 7 nəfər üzvü gənclərin vətənpərvərlik tərbiyəsində göstərdikləri xidmətlərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə fəxri fərmanla təltif ediliblər.
Son Yazılar:
- “Çirkab sular Ceyranbatan gölünün mühafizə zonasına çatmır”
- Bərdədə qadın 33 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinir
- Türkiyə və Ermənistan XİN başçıları görüşdülər
Təqdimat mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, həmçinin Dövlət Xidmətinin rəhbər şəxsləri – polkovnik Tehran Babatov və Pərviz Sədrəddinov iştirak ediblər.
Tədbirdə çıxış edən Cəlil Xəlilov üzvlərinin həvəsləndirilməsini yüksək qiymətləndirib və təşəbbüsə görə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova minnətdarlığını bildirib.