Kürdə batanlardan biri TAPILDI

Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.

 

Viral.az-ın məlumatına görə, Hunanlar kəndində avtomobillə Kür çayında batanlardan birinin meyiti tapılıb.

Son Yazılar:

 

Meyit tibbi ekspertizaya aparılıb. Onun kimliyi dəqiqləşdirilir.

 

Digər iki nəfərin axtarışları isə davam etdirilir.

 

Xatırladaq ki, “VAZ-2107” markalı avtomobilin Kür çayına aşması nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilmişdi.