Kanadalı supermodel və aktrisa Deyl Heddon 76 yaşında vəfat edib.
Viral.az bu barədə “CBS News”a istinadən xəbər verir.
O, qızı Rayan Haddonun Pensilvaniya ştatındakı evində dəm qazından zəhərlənib.
Son Yazılar:
- İstilik verilişi daha bir neçə gün davam edəcək
- Bakı Metropoliteni işçi AXTARIR
- Məhkəmə Azər Zahid və Rövşən Təhməzovla bağlı QƏRAR VERDİ
Qeyd edək ki, Deyl Monrealda anadan olub. Onun modellik karyerasının zirvəsi 1970-1980-ci illəri əhatə edir. “Harper’s Bazaar” jurnalı onu iki dəfə dünyanın ən gözəl on qadını siyahısına daxil edib.
Bundan əlavə, o, “Max Factor”, “Revlon”, “L’Oreal” kimi kosmetika brendlərinin siması olub.
Heddon həmçinin 1989-cu ildə “Cyborg” filmindəki rolu ilə tanınıb.