2017-ci ildə Rusiyada mağazadan köynək oğurladığı üçün beynəlxalq axtarışa verilən şəxsə hökm oxunub.
Viral.az Qaynarinfo-ya istinadla xəbər verir ki, 1994-cü il tarixdə Rusiya Federasiyasının Ulyanovsk vilayətində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı Cabir Kələntərova (şərti) Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə cinayət işi açılıb.
Cabir Kələntərov 2017-ci ildə Rusiyanın Ulyanovsk şəhərində yerləşən Alyans Ticarət Mərkəzindəki “OSTİN” geyim mağazasından dəyəri 112 manat 85 qəpik təşkil edən (3812,71 rus rublu) kişi gödəkcəsini oğurlamaqda ittiham edilib.
Son Yazılar:
- Tovuzda ağır qəza: ÖLƏN VAR
- Bu il Azərbaycan üçün ən narahatedici məqam
- Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq
Cabir Kələntərov 19 oktyabr 2017-ci il tarixdə Ulyanovsk şəhərində tanışları ilə qumar oynayıb və 48.000 rubl uduzub. Həmin pulu 24 saat ərzində tapıb verməli imiş. Uduzduğu pulun bir qismini düzəltəsə də, tam olaraq toplaya bilməyib və mağazadan oğurluq etmək qərarına gəlib. Adıçəkilən mağazaya daxil olaraq kişi gödəkcəsini əyninə geyinib və mağazadan qaçıb. Rusiya polisi onu saxlasa da, istintaq işi yekunlaşana qədər Cabir Kələntərov sərbəst buraxılıb.
Təqsirləndirilən şəxs həbs edilməkdən qorxaraq Azərbaycana gəlməli olub. 24 avqust 2022-ci ildə Cabir Kələntərov beynəlxalq axtarışa verilib. 2023-cü ilin fevral ayında Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulub və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə ittiham edilib və 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Cabir Kələntərov cəza müddətində elektron nəzarət vasitəsini gəzdirəcək.