Şamo Eminov azadlığa BURAXILDI

Şamo Eminov azadlığa BURAXILDI

“Kanal 13” internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminov azadlığa buraxılıb.

Viral.az xəbər verir ki, bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Ş.Eminovun barəsində olan həbs qətimkan tədbirinin müddəti bu gün başa çatıb və o, istintaq təcridxanasından azad edilib.O, hazırda evindədir.

Son Yazılar:

Xatırladaq ki, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və əməkdaşı Şamo Eminov ötən il noyabrın ayında saxlanılıb.

Əziz Orucova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra ona və Şamo Eminova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Bir qədər əvvəl onlar barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.

Əziz Orucovun ittiham olunduğu maddə üzrə cinayət işinə Səbail rayon Məhkəməsində baxılır.